Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq

Qida Təhlükəsizliyi Agentliyində yanvarın 23-ü saat 15:30-da çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçiriləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə…

Daha çox

Azərbaycan AQEM-lə nəqliyyat və İKT sahəsində görüləcək işləri müzakirə edib

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) ilə müvafiq tədbirlərin keçirilməsi və layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr, nazir Rəşad Nəbiyevin Azərbaycanda səfərdə olan AQEM-in Baş katibi Kayrat Sarıbay ilə keçirilən görüşdə aparılıb. Görüşdə həmçinin Azərbaycanın təşkilata sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib.

Daha çox

2024-cü ildə Ukraynadakı münaqişənin qiyməti…

…Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə hərbi münaqişənin Ukraynaya 100 milyard dollardan çox ziyan vurduğunu deyib. SİA-nın məlumatına görə, onun sözlərini TASS xəbər verir. Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən sonra Zelenski deyib ki, 2024-cü il müharibəsi Ukraynaya müdafiə qüvvələrini təmin etmək baxımından 100 milyard dollardan çox baha başa gəlib. Onun sözlərinə görə, bu məbləğin 40 faizini Ukrayna, qalan 60 faizini isə ABŞ və Avropa təmin edib. Zelenski və Starmer daha əvvəl Ukraynaya hər il azı 3,6 milyard dollar hərbi yardım köçürmək barədə razılığa gəliblər. Böyük Britaniyanın baş naziri…

Daha çox

“Zaman gəldikcə bütün məsələlər öz həllini tapacaq”

“İşğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qaytarılması prosesi plana uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə dövlət başçımız Böyük Qayıdışa dair Dövlət Proqramı imzalamışdır. Proqrama əsasən 2026-cı ilin sonuna qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına 160 min keçmiş məcburi köçkün qaytarılacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, bu ilin sonuna qədər isə 20 min nəfərin öz doğma yurdlarına qaytarılması nəzərdə tutulmuşdur: “İşlər yüksək keyfiyyətlə və sürətlə icra olunur. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi uğurla davam etdirlir. Belə ki, 28 mayda…

Daha çox

Azərbaycanda qış turizm mövsümünə start verilib

Dekabrın 14-də Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib. SİA xəbər verir ki, mediatur Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, turizm sənayesinin inkişafı sahəsində ən son yenilikləri nümayiş etdirmək, o cümlədən “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyıb. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə…

Daha çox

Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” medalı təqdim olunub

Azərbaycanın Ankaradakı səfirliyində Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. SIA xəbər verir ki, türkiyəli millət vəkilinə yüksək mükafatı ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov təqdim edib. Diplomat bildirib ki, Şamil Ayrım Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərinə görə ikinci dəfədir Azərbaycanın yüksək mükafatına layiq görülüb. O xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şamil Ayrım 2020-ci ildə “Dostluq” ordeni ilə təltif edilib. Ş.Ayrım göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə səmimi təşəkkürünü bildirib. “Ankara və Bakı həm regionda, həm də beynəlxalq arenada…

Daha çox

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlığa başlayır

Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb. O, bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur. Ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti təkmilləşdirilir, insan hüquq və azadlıqları etibarlı müdafiə olunur. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. A.Bağırov məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə aparılan islahatlar, Vəkillər Kollegiyasının…

Daha çox

Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan ölkələr..?

…Dörd ölkə, o cümlədən ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb. SİA-nın məlumatına görə, bunu “Politika Strany” Telegram kanalında Ukrayna prezidenti Vladimir Zelenski deyib. …Amerika Birləşmiş Ştatları, Macarıstan, Slovakiya, Almaniya: səmimi idilər, bizi NATO-da görmək istəmədilər. Bunlar müxtəlif səbəblərdən Ukraynanı hələ NATO-da görməyən dörd ölkədir. Zelenski deyib bunu. Yanvarın 14-də “Bloomberg” Avropa rəsmilərinə istinadən xəbər verib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ikinci müddətində Ukraynanın NATO-ya üzvlüyünü təşviq etmək ehtimalı azdır. Buna baxmayaraq, Avropa bu məsələni gündəmdə saxlamaq istəyini ifadə edib. Əli Babayev

Daha çox

“Azərbaycan xalqı və dövləti öz torpaqlarına sahib çıxır”

“Köç prosesi get-gedə öz tempini yüksəldir və bu özünü hər cəhətdən göstərir. Köç prosesinə əhalinin marağı da diqqəti cəlb edir. Görülən işlərlə bərabər, əhali də işğaldan azad edilmiş ərazilərə qayıtmağa can atır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib. Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin görülən yenidənqurma və bərpa işlərinə rəhbərlik etməsi prosesin əhəmiyyətini daha da artırır: “Çünki ölkə başçısı daim işğaldan azad edilmiş ərazilərə səfər edir, orada görülən işlərlə tanış olur, təlimatlar verir. Həmçinin dövlət rəhbəri hər səfəri zamanı yeni tikililərin təməlini qoyur, açılışlarda iştirak edir.…

Daha çox

Türkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, iştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub. Planlaşdırılmış marşrut çərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensiallı məkanlar ziyarət edilib. Həmçinin səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389…

Daha çox