ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə görüşüb. Bu barədə SİA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Görüşdə mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində ANAMA ilə UNICEF tərəfindən ölkəmizdə birgə icra edilən layihələr, bu sahədə mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox

Arıqlamağın sağlam yolları NƏLƏRDİR?

“Çəki itirmək üçün tətbiq olunan pəhrizlər fərqli yanaşmalar təqdim edir. Amma onların hər biri müxtəlif üstünlüklərə və mümkün risklərə malikdir. Bu səbəbdən pəhriz seçimi edərkən sağlamlıq vəziyyəti, həyat tərzi və şəxsi məqsədlər nəzərə alınmalıdır. Aralıq dənizi pəhrizinin əsasını tərəvəz, meyvə, zeytun yağı, balıq, qoz-fındıq və tam taxıllar təşkil edir. Bu diyet sağlam həyat tərzinin bir parçası kimi tanınır və çəkini idarə etməkdə də təsirlidir. Faydası ondan ibarətdir ki, ürək-damar xəstəlikləri riskini azaldır. Lif və antioksidantlarla zəngindir, buna görə də həzm sistemi üçün faydalıdır. Qan şəkəri səviyyəsini tənzimləyir və diabet riskini…

Daha çox

Strategiyasız və mənasız DEKLORATİV STRATEJİ XARTİYA

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin, əslində isə, xartiya deyilən mənasız kağız parçasının imzalanması elə ermənilərin özləri tərəfindən də çox şübhəli şəkildə qarşılanıb və bu sənədə, guya bundan sonrakı strateji tərəfdaşlığa olan inamsızlığı erməni cəmiyyətində müşahidə etmək üçün həmin ölkənin kütləvi informasiya vasitələrini izləmək kifayət edir. Strategiyasız “strateji tərəfdaşlıq” barədə erməni mediasında bir-birinin ardınca dərc olunanların nə dərəcədə ironik olduğu və sarkazmlarla zənginliyi diqqəti cəlb etməyə bilməz. Görünən odur ki, hər kəs kimi, ermənilər özləri də bunu strategiyasız, mənasız və deklorativ strateji xartiya sayırlar və bəlkə də mövcudluqları dövründə…

Daha çox

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, iclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Komitə iclasında əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra komitə sədri iclasın 5 məsələdən ibarət gündəliyi barədə məlumat verib. O, əvvəlcə gündəliyin birinci məsələsini – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib.…

Daha çox

“Əhali daima sağlam, gənc olmalıdır”

“Əhalinin təbii artımı mövzusu hal-hazırda bütün ölkələrdə aktual məsələlərdən biridir, çünki bəzi ölkələrdə qlobal miqyasda sərt enmələr olur. Azərbaycanı təhlil edən zaman statistik rəqəmlərdə demoqrafik artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur. Bu qlobal prosesin tərkib hissəsidir, çünki beynəlxalq miqyasda çoxuşaqlı ailələrə maraq yoxdur. Ailə planlaşmasında 1, 2 ən yaxşı halda isə 3 uşağa üstünlük verilir. Azərbaycanda da qlobal ləngimə bu tendensiya ilə bağlıdır. Dünyada elə bir hadisə baş verməsin ki, digər ölkələrə də təsir göstərməsin, eynilə Azərbaycan da dünyanın bir parçasıdır. Azərbaycan ailəsi düşünür ki, çox olmaqdansa az…

Daha çox

3 müntəzəm avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib. Bu barədə SİA-ya AYNA-dan bildirilib. 62 nömrəli (Sabunçu qəsəbəsi, dəmiryolu stansiyası – N.Tusi küçəsi) və 217 nömrəli (Məmmədli kəndi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) marşrutlar üzrə “BakuBus” MMC, 569 nömrəli marşrut üzrə (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) hüquqi şəxs “Xan Nəqliyyat R” MMC qalib elan olunublar. Marşrut xətləri müvafiq…

Daha çox

Azərbaycan EBRD ilə kredit sazişi imzalayıb

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb. SİA xəbər verir ki, sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar. İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyev EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirilən görüş çərçivəsində baş tutub.

Daha çox

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub

Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, ictimaiyyət nümayəndələrinin və generalın ailə üzvlərinin iştirak etdiyi mərasimdə əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ümummilli Lideri Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Tədbirdə…

Daha çox

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. SİA xəbər verir ki, Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı. O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirdi. Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta…

Daha çox